STRESSİN İDARƏ OLUNMASI
2 mart 2021-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən “Stressin idarə olunması” adlı maarifləndirici xarakterli seminar keçirilmişdir.
Stress hər bir insanın həyatında qarşılaşdığı hadisədir. Stressdən qaçmaq,stressiz yaşamaq mümkün deyil. Həyatda qarşılaşdığımız bir çox problemli situasiyalar stress yaşamağımıza səbəb ola bilər. Seminarda psixoloq şagirdlərə stressin öhdəsindən gəlmək, onu idarə etməyin mümkün olduğunu qeyd edərək bildirdi ki, bunun üçün hər birimiz öz daxili harmoniyamızı sabit saxlamalı, psixi və fiziki sağlamlığımıza fikir verməliyik.
Seminarın sonunda psixoloq şagirdlərin suallarını cavablandırdı, onlara verilmiş psixoloji test nümunələrinin nəticələrini açıqladı.