1 Fevral 2021-ci il-Əyani tədrisin başlanmasına hazırlıq
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 yanvar 12 nömrəli qərarına əsasən 1 Fevral 2021-ci il tarixindən etibarən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi əyani formada, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin ediləcək. Bu məqsədlə məktəbimizdə təmizlik, gigiyenik və bərpa hazırlıq işlərinə başlanılıb. Sinif otaqlarında şagirdlərin qəbul edilməsi üçün lazım olan sanitar işlərin görülməsinə start verilmişdir. Məktəbin binası “Bakı Şəhər Dezinfeksiya Stansiyasının Suraxanı Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dezinfeksiya olunmuş, məktəbin texniki işçiləri tərəfindən təmizlik işlərinin aparılması davam etdirilir.