Pedaqoji Şura iclası keçirildi

     21 yanvar 2021-ci il tarixində Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta  məktəbin pedaqoji heyəti ilə MS Teams platforması vasitəsi ilə pedaqoji şura iclası keçirildi. Məktəbin direktoru Mətanət Mayılova iclasın gündəliyində duran aşağıda qeyd olunan əsas məsələləri kollektivin nəzərinə çatdırdı:

1.Azərbaycan Respublikası Təhsil Nazirliyi Kolleqasının 2021-ci il ,18 yanvar tarixli KQ-01 nömrəli qərarının icrası

2.Məktəbin IX siniflərinin risk qruplu şagirdləri ilə görülən işlər

M.Mayılova bildirdi ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən)  formada təşkili ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi Kolleqasının 2021-ci il 18 yanvar tarixli KQ-01 nömrəli qərarı ilə  “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”  təsdiq edilmişdir. Bu qayda xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant ( məsafədən)  formada təşkili müddətində summativ qiymətləndirmənin aparılması və yarımillik qiymətlərin hesablanması məsələlərini tənzimləyir. Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar)  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” nın tələbləri nəzərə alınmaqla hazırlanması müəllimələrə çatdırıldı.

Məsələ ilə bağlı müzakirələr aparıldı, müəllimlərin rəy və təklifləri dinlənildi.

Məktəbin IX siniflərinin risk qruplu şagirdləri ilə görülən işlər barədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Yaqut Quliyeva məlumat verərək bildirdi ki, şagirdlərin bilik səviyyələrinə görə qruplaşdırılması təmin edilmiş, həmin şagirdlər üçün Azərbaycan dili, Riyaziyyat, İngilis dili fənləri üzrə əlavə məşğələ cədvəli tərtib edilmişdir. Əlavə məşğələ ilə bağlı şagirdlər və valideynlər məlumatlandırılmış, şagirdlərin əlavə məşğələlərdə onlayn iştirakının təmin edilməsi sinif rəhbərlərinə tapşırılmışdır. Məktəb  rəhbərliyi tərəfindən dərslərə nəzarət olunur. Direktor müavini müəllimlərə öz tövsiyyələrini verdi, təkcə zəif nəticəli yox eyni zamanda yüksək qiymətə namizəd şagirdlərin də diqqət mərkəzində saxlanılmasını da vurğuladı.

İclasın sonunda məktəb rəhbərliyi tərəfindən  müəllimlərin məsələlərlə bağlı sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi