Qəlbimizdə yaşayan ulu öndər
10 may tarixində Xəzər rayonu Türkan qəsəbəsi D.Cəbrayılov adına 119 №li tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Qəlbimizdə yaşayan ulu öndər” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi. Sonra məktəbin direktoru Mətanət Mayılova ümummilli lider, müdrik şəxsiyyət Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında əvəzsiz tarixi xidmətlərindən danışdı. Şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Məktəblilər ulu öndərə həsr olunan mahnılar ifa edib, şeirlər söylədilər.