2020-2021-Cİ TƏDRİS İLİNİN "İLK DƏRS GÜNÜ"

 

          Covid-19 pandemiyası ilə əlaqədar “Xüsusi karantin rejimi” dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssiəslərində tədris və təlim-tərbiyə prosesinin təşkili  barədə “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 29 avqust  tarixli 312 nömrəli qərarın və “ Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq sentyabrın 15-də I-IV siniflərində tədris prosesi əyani və distant formada başlandı.

        D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə sosial məsafənin saxlanılması məqsədilə məktəbin həyətyanı sahəsində 2 metrlik məsafə təmin olunmaqla dayanma işarələri qoyulmuşdur. Məktəbin giriş qapısına Covid-19 pandemiyası ilə bağlı maarifləndirici plakat, bayner və lövhələr vurulmuşdur. Bu plakatlarda şagird və məktəbin işçi heyətinə  qoruyucu tibbi maskadan, əlcəklərdən istifadə olunması,ünsiyyət zamanı sosial məsafənin gözlənilməsi ilə bağlı xəbərdarlıq olunur. Məktəbin giriş qapıları müvafiq hərflərlə kodlaşdırılmış, şagirdlər içəri daxil olarkən bədən hərarəti  ölçülərək, əlləri dezinfeksiya olunmuşdur.

      İlk dərs saatı məktəbin  ibtidai siniflərində “Gigiyena qaydalarına necə əməl edirəm” mövzusuna həsr olunmuşdur. Məktəbin tibb bacısı, sinif müəllimləri tərəfindən  ibtidai sinif şagirdlərinə maarifləndirici məlumatlar, tövsiyyələr verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi