"Ordum varsa, yurdum var" adlı ədəbi-bədii kompozisiya keçirildi

28.04.2016-cı il tarixində şagirdlərdə milli vətənpərvərlik hissini aşılamaq, milli mənəvi dəyərlərimizi qorumaq üçün “Ordum varsa, yurdum var” adlı ədəbi-bədii kompozisiya keçirildi. Bu tədbir II B sinif şagirdləri ifasında təqdim olundu. Şagirdlər həvəslə, böyük ruh yüksəkliyi ilə vətən haqqında şeirlər, mahnılar və səhnəciklərlə çıxış etdilər. Azərbaycan Ordusunun yenilməz olduğunu, əsgərlərimizin vətənin keşiyində necə məğrur dayandıqları haqqında danışdılar. Tədbir məktəbin direktoru Mətanət Mayılovanın çıxışı ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi