31DEKBAR-DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ
30 dekabr 2019-cu il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə 2 “B” sinif şagirdləri ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı tədbir keçirildi.
Tədbirin giriş hissəsini öz təbrikləri ilə açan sinif rəhbəri Zabitə Əliyeva tədbir iştirakçılarına 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü” haqqında bəzi məlumatlar verdi. O çıxışında qeyd etdi ki, bu gün Azərbaycan millətinin milli şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq işində mühüm rol oynayır.
Biz vətənimiz Azərbaycanla fəxr edirik. Azərbaycan Odlar yurdudur. Bu yurdun hər daşı,hər qarış torpağı əzizdir, müqəddəsdir. Gözümüzdə, şüarımızda getdikcə böyüyən, böyüdükcə gözəlləşən ana yurdumuz bizim üçün fəxr yeri, ən müqəddəs ibadərgahdır.
Tədbirdə şagirdlər müxtəlif şeirlər söyləyib, mahnı oxuyub, rəqs etdilər.