ŞƏKƏRLİ DİABET VƏ DÜZGÜN QİDALANMA
25 dekabr 2019-cu il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üzrə maarifləndirici seminar keçirildi. Seminarda məktəbin biologiya müəllimi Lətifə Rəhimzadə, tibb bacısı Lubuzə Babayeva çıxış edərək, şagirdlərə şəkərli diabet xəstəliyinin yaranma səbəbləri, müalicəsi haqqında məlumat verdilər. Onlar, çıxışlarında şəkərli diabet xəstəliyindən qorunmaq üçün sağlam həyat tərzi keçirtmək, düzgün qidalanmaq və stressdən uzaq durmağı şagirdlərə tövsiyə etdilər.