Valideynin Məktəbdə Bir Günü

 

    18 dekabr 2019-cu il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26 noyabr 2019-cu il tarixli F-448 nömrəli əmrinə əsasən “Valideynin Məktəbdə Bir günü” adlı layihə həyata keçirildi. Tədbirin keçirilməsində məqsəd valideynləri övladlarının təhsil aldığı məktəblə yaxından tanış etmək və eyni zamanda valideynlərlə məktəbin pedaqoji, texniki işçi heyəti arasındakı ünsiyyəti daha da inkişaf etdirmək idi. Tədbirin proqramına uyğun olaraq məktəbin direktoru Mətanət Mayılova tədbirin rəsmi açılışını elan etdi.

O, məktəb haqqında ümumi məlumat verdi. Məktəbdə keçirilmiş müxtəlif tədbirlər, məktəbdaxili müsabiqələr, ayrı-ayrı fənlər üzrə “Bilik yarış”ları, fənn aylıqları, şagirdlərin təlim nəticələri barədə valideynləri məlumatlandırdı.

Valideynlər məktəb kitabxanası, sinif otaqları, idman zalı, laboratoriyalar, informatika kabineti, məktəb bufeti, məktəbin istedadlı şagirdlərinin əl işləri ümumilikdə məktəb mühiti ilə yaxından tanış oldular. Sonra valideynlər ayrı-ayrı fənn müəllimlərinin dərslərində iştirak etdilər.

Tədbir “ Məktəb-Valideyn münasibətləri şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusunda seminar keçirilməklə davam etdirildi.

Məktəbin prioritet fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və müvafiq istiqamətlər üzrə planlaşdırılan tədbirlərin fəaliyyət planlarında öz əksini tapması, ictimai hesabatlığın təmin edilməsi məqsədi ilə valideynlərin rəy və təklifləri əldə edildi.

Tədbir məktəbin istedadlı şagirdlərinin çıxışları ilə yekunlaşdı.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi