Qəhrəmanlar unudulmur

 

 

   13 dekabr 2019-cu il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına döyüşən, Türkan qəsəbəsinin fəxri, məktəbin şəhid məzunu Dərdayıl Süleyman oğlu Cəbrayılovun anım günü qeyd edildi.

Məktəbin direktoru Mətanət Mayılova şagirdlərə şəhidin döyüş yolu haqqında məlumat verərək, qeyd etdi ki, şəhidlər ölməzdir və hər zaman qəlbimizdə yaşayacaqdır. Məktəbin V A sinif şagirdləri şəhidlərə həsr edilmiş şeir və səhnəciklərlə çıxış etdilər. Tədbirin sonunda şəhidin abidəsi önünə əklil və tər qərənfillər qoyuldu.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi