Ümummilli lider Heydər Əliyevin anım günü

 

   12 dekabr 2019-cu il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Ümummilli lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım günü keçirildi. Tədbir ulu öndərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlandı.

Tədbirdə məktəbin ibtidai sinif müəllimi Zərnişan Əliyeva  çıxış edərək Ulu öndərimizin Azərbaycan dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsindəki müstəsna rolundan danışdı. O, Ulu öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən birinə çevrildiyini qeyd edərək, bu gün Ulu öndər Heydər Əliyev siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsini aydın görən xalqımızın bu siyasəti yüksək dəyərləndirdiyini və onun ətrafında daha sıx birləşdiyini vurğuladı.

Tədbirdə çıxış edən şagirdlər böyük şəxsiyyətin həyatı və onun Azərbaycan naminə , ölkəmizin inkişafı yolunda gördüyü işlərdən geniş danışdılar. Şagirdlər dövlətçiliyimizə, müstəqilliyimizə Ulu öndərin xatirəsinə həsr olunmuş şeirlər söylədilər. Həmin gün Heydər Əliyevin xatirəsinə həsr olunmuş sinif təşkilat saatları, seminarlar keçirildi.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi