Məktəbin XI sinif şagirdi Şireliyev Riyad 2019 –cu il tarixində Koreya Səfirliyinin Taekvando üzrə Dünya Çempionluq Kupasında çıxışına görə III yerə layiq görülüb. Bu münasibət ilə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Riyaziyyat Liqası ABŞ, Kanada və digər ölkələrdə ibtidai, orta və tam orta məktəb şagirdləri üçün keçirilən riyaziyyat yarışıdır. Riyaziyyat Liqası 1977-ci ildə iki orta məktəb riyaziyyat müəllimi, Steven R. Conrad və Daniel Flegler tərəfindən yaradılmışdır. Bu riyaziyyat yarışı dünyanın bir çox ölkələrində keçirilir.
Şagirdimiz Hüseynzadə Anar Mahir oğlu bu liqada iştirak etmiş və 5-ci sinif şagirdləri arasında üzrə ən yüksək nəticə göstərərək 1-ci yerin qalibi olmuşdur. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.