Beynəlxalq İko Matsuşima Karate Kyokşin Kaykan təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən 11 yaşlılar arasında keçirilən Beynəlxalq Kyokşin Karate -do üzrə açıq yarışda I yerlə mükafatlanmış III sinif şagirdimiz Mirkamal Laləni məktəb rəhbərliyi və pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbin 4ç sinif şagirdi Hüseynzadə Anar Mahir oğlu 30 oktyabr 2022-ci il tarixində keçirilmiş SASMO olimpiadasında (Amerika Riyaziyyat Olimpiadası) III yerin qalibi olmuş və bürünc medala layiq görülmüşdür. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.