Məktəbimizin 8 c sinif şagirdi Ağalarzadə Nəzrin Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 15-26 aprel 2018-ci il tarixdə Bursa-Ankara şəhərində keçirilən 40-cı TRT Beynəlxalq 23 Nisan Uşaq Şənliyində Azərbaycanı layiqincə təmsil etdiyinə görə "Təşəkkürnamə" almışdır. Bu münasibət ilə şagirdimizi səmimi qəlbdən təbrik edir, səsinin daha yüksəklərdən gəlməsini arzulayırıq.
Məktəbin 3ç sinif şagirdi Kövsər Qurban Orxan qızı ABŞ-ın Beynəlxalq FİSO (Future İntelligence Students Olympiad) İngilis dili Olimpiadasında Bürünc Medal və Beynəlxalq Sertifikatla təltif edilmiş, Amerikada keçiriləcək Final Mərhələsinə vəsiqə qazanmışdır. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.