Məktəbin 8a sinif şagirdi Əsədli Məhəmməd Elxan oğlu dünyanın 23 ölkəsində keçirilən ABŞ-ın ən prestijli Beynəlxalq Kopernik Riyaziyyat Olimpiadasının Local Roundunda Bürünc Medal, Beynəlxalq Sertifikat və ABŞ-da keçiriləcək Final mərhələsinə vəsiqə qazanmışdır. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbimizin IX a sinif şagirdi Şirəliyev Riyad Oqtay oğlu Taekvondo üzrə Qəbələ şəhərində keçirilən " Koreya Səfiri kuboku" yarışmasında I yer, Yunanıstanın Afina şəhərində "Prezident kuboku" yarışmasında I yer, Bolqarıstanın Sofiya şəhərində "Açıq birinciliyi" yarışmasında I yer, Türkiyənin Antalya şəhərində "Avropa Çempionatı" yarışmasında II yer, Misirin Şarm El Şeyx şəhərində "Dünya birinciliyi" yarışmasında III yer tutmuşdur. Yaşının az olmasına baxmayaraq böyük nailiyyətlər əldə etmiş şagirdimiz ilə qürur duyuruq və gələcəkdə də uğurlarının bol olmasını arzulayırıq.