Nailiyyətlərimiz

“9 May-Qələbə Günü”Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov adına 115 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə “9 May-Qələbə Günü”nə həsr olunmuş rəsm və divar qəzetlərindən sərgi, ikinci dünya müharibəsində göstərdikləri misilsiz şücaətlərinə görə Azərbaycanlı qəhrəmanların foto şəkillərindən ibarət guşə təşkil olundu.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Savat idman növü üzrə 10-12 yaş arasında keçirilən Çempionat.Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin 5 d sinif şagirdi Zeyqəm Rəhimli Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Savat idman növü üzrə 10-12 yaş arasında keçirilən Çempionatda 1 - ci yerə layiq görüldüyünə görə Diplomla təltif olunub. Təbrik edirik !

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F -145 nömrəli əmrinə əsasən “Ailəm və məktəb “ layihəsinin icrası.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F -145 nömrəli əmrinə əsasən “Ailəm və məktəb “ layihəsinin növbəti tədbiri keçirildi.Binəqədi rayonu A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə V-IX sinif şagirdlərinin valideynlərinin dərs prosesini izlənməsi təşkil olundu. Dərs dinləmədən sonra məktəbimizə yeni təyin olunmuş psixoloqlar Ramid Seyfullayev “Uşaqların davranışlarını və duyğularını açıq şəkildə ifadə etmələrini necə təmin etmək olar ?”və Leyla Əliyeva “Nailiyyətlərə görə uşaqlar necə mükafatlandırılmalıdır? “ mövzuları ətrafında valideynlərlə diskusiya şəklində söhbətlər apardı.Tədbirin sonunda valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün anket sorğusu keçirildi.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Ülvi Allahverdiyev Bəkir

Rauf Mikayılov Zaur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi