Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş voleybol turniri.21 oktyabr 2022-ci il tarixində Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş qızlardan ibarət voleybol turniri keçirildi.Turnirdə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimləri Səbuhi İsmayılov və Ruslan Bağıyevin rəhbərlikləri ilə şagirdlərimiz də iştirak etdilər.
18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü.Bakı şəhəri A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Xudiyevanın rəhbərliyi və şagirdlərin iştirakı ilə 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra Müstəqilliyə gedən yollara həsr olunmuş videotəqdimat izlənildi.Şagirdlər müstəqilliyə həsr olunmuş şeirlər səsləndirdilər və “Azərbaycan”a aid mahnılar ifa etdilər.
27 Sentyabr - Anım GünüBakı şəhəri A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəb şagirdlərinin ifasında şeirlər söylənildi.
Məktəbin direktoru Natəvan xanım Əsədova 44 günlük vətən müharibəsi haqqında, qələbə qazanmaqda Ali Baş Komandan başda olmaqla şəhidlərimizə,qazilərimizə və müharibə iştirakçılarına borclu olduğunu söylədi.