Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.10.2022-ci il tarixli F-316 nömrəli əmrinə əsasən Əhməd Cavadın 130 illiyinin qeyd olunmasına dair açıq dərs.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.10.2022-ci il tarixli F-316 nömrəli əmrinə əsasən Əhməd Cavadın 130 illiyinin qeyd olunmasına dair A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mələk Nəbiyeva 7 c sinif şagirdləri ilə açıq dərs keçirdi.Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Müəllim şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.Şagirdlər şeirlər söylədilər və şairin sözlərinə bəstələnmiş musiqilər ifa etdilər.
“Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi” mövzusunda tədbir.Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 dekabr tarixli 1938 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlər davam edir. A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin psixoloqu Sevil Ağayeva şagirdlərlə “Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi” mövzusunda tədbir keçirdi.
“1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günüdür” adlı tədbir keçirildi.A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin biologiya müəllimi Sevinc Alışanovanın təşkilatçılığı və 9 c sinif şagirdlərinin iştirakı ilə “ 1 dekabr - Ümumdünya QİÇS- lə mübarizə günüdür” adlı tədbir keçirildi.
Tədbirdə şagirdlər insan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyinin yayılmasının qarşısının alınması haqqında məlumatlar verdilər və videoçarx izlədilər.
Tədbirin sonunda şagirdləri mövzu ətrafında maraqlandıran sualları Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Mərziyyə Aslan və təşkilatın üzvü Ruhiyyə Aslanova cavablandırdılar.