Nailiyyətlərimiz

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.10.2022-ci il tarixli F-316 nömrəli əmrinə əsasən poeziya yaddaşı olan görkəmli şair Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş açıq dərs keçirildi.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.10.2022-ci il tarixli F-316 nömrəli əmrinə əsasən poeziya yaddaşı olan görkəmli şair Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmasına dair A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Sədyarova 5 a sinif şagirdlərinin iştirakı ilə açıq dərs keçirdi.Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Müəllim şair haqqında maraqlı məlumatları şagirdlərin diqqətinə çatdırdı.Şagirdlər şairin həyat və yaradıcılığından danışdılar, videoçarx izlədilər, şeirlər söylədilər, şairin sözlərinə bəstələnmiş musiqilər dinlədilər.

Məktəb rəhbərliyi ilə pedoqoji şuranın iclası keçirildi.18.11.2022-ci il tarixində Pedoqoji Şuranın növbəti iclası keçirildi. İclasda 2022/2023 dərs ilinin ilk 2 ayı ərzində görülmüş işlər, risk qrupuna daxil edilmiş 9-cu sinif şagirdləri ilə aparılan işlərin təşkili, daxili nizam - intizam qaydalarına riayət olunma vəziyyəti, şagirdlərin qış məktəb geyimləri və dərsə davamiyyəti, şagirdlərin fənn olimpiada və müsabiqələrdə iştirakı,məktəbin fəaliyyət planına əsasən tədbirlərin həyata keçirilməsi vəziyyəti, KSQ və BSQ-lərin tərtibi,keçirilməsi və qiymətləndirilməsi, dərsdənkənar və sinif jurnallarında qeydlərin düzgün aparılması, məktəbdə gündəlik iş rejiminə düzgün riayət edilməsi barədə danışıldı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.10.2022-ci il tarixli F-316 nömrəli əmrinə əsasən Əhməd Cavadın 130 illiyinin qeyd edilməsinə dair keçirilmiş dəyirmi masa.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.10.2022-ci il tarixli F-316 nömrəli əmrinə əsasən Əhməd Cavadın 130 illiyinin qeyd edilməsinə dair A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Babayevanın təşkilatçılığı və 9 e sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Şagirdlər Əhməd Cavadın həyat və yaradıcılığı haqqında danışdılar və şeirlər söylədilər. Tədbirin sonunda şagirdlər Əhməd Cavadın sözlərinə bəstələnmiş “Çırpınırdı Qara dəniz” mahnısını ifa etdilər.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Fidanxanım Əhmədzadə Rafiq

Umayra Həşimova Vüqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi