Nailiyyətlərimiz

“Yol hərəkət təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər Tədbir Planı”nın icrası.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.2020-ci il tarixli 230 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Yol hərəkət təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər Tədbir Planı”nın icrası ilə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Günel Fərzəliyeva 4 a sinif şagirdlərinin iştirakı ilə tədbir keçirdi. Tədbirdə müəllim yol hərəkət qaydaları barədə məlumat verdi.Şagirdlər yol nişanları haqqında şeirlər söylədilər, səhnəciklər nümayiş etdilər. Tədbir “Yol” mahnısının ifası ilə bitdi.

“Erkən nigaha yox !” adlı tədbir keçirildi.Prezident İlham Əliyevin apardığı sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Uşaqların hüquqlarının daha səmərəli qorunması məqsədilə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə “Erkən nigaha yox !” adlı tədbir keçirildi. Tədbirdə 10 a sinif şagirdi Fidan Ağayevanın “ Erkən nigahların qarşısının alınması” mövzusunda hazırladığı videoçarx izlənildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Sədyarova erkən nigahın mənfi cəhətləri haqqında maarifləndirici söhbət etdi. Tədbirin sonunda qarşıya qoyulan mövzu ətrafında şagirdləri maraqlandıran sualları məktəbin psixoloqu Sevil Ağayeva cavablandırdı.

V-11 liqası üzrə 16 komandanın iştirak etdiyi “Zəfər Kuboku” turniri.Şirvansaray komandasının üzvü A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin 5 b sinif şagirdi İbrahimli Yusif V-11 liqası üzrə 16 komandanın iştirak etdiyi “Zəfər Kuboku” turnirində iştirak etdiyinə görə Təşəkkürnamə ilə təltif olunmuşdur. Təbrik edirik, uğurlar arzulayırıq !

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Gülnarə Hacıyeva Firdovsi

Raul Məmmədov Rauf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi