Nailiyyətlərimiz

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08 fevral 2022-ci il tarixli F-53 nömrəli əmrinə əsasən İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08 fevral 2022-ci il tarixli F-53 nömrəli əmrinə əsasən İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Bakı şəhəri A. Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Firəngiz İsmayılovanın rəhbərliyi ilə 6d sinfi Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər.

Sinif otaqlarında ‘’Zəfərimizi əks etdirən şəkillər.’’Şagirdlərə vətənpərvərlik ruhu aşılamaq üçün onlara Azərbaycan tarixinin şanlı dövrlərini öyrətmək vacib məsələlərdən biridir.Bu məqsədlə xalqımızın görkəmli tarixi şəxsiyyətlərinin həyatı, onların Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıqları barədə müntəzəm söhbət açmaq lazımdır. Bütün bunları elə bir tərzdə etməliyik ki, böyüməkdə olan gənc nəsil öz vətəni ilə, azərbaycanlı olmağı ilə fəxr etsin, cəmiyyətə faydalı insanlar kimi yetişsin.Bizim şagirdlər yüksək savad almaqla yanaşı mənəvi dəyərlərimizlə öyünməli, milli-mənəvi sərvəti qorumalıdırlar. Bu məqs ədlə məktəbimizin sinif qapılarının üzərinə 44 günlük müharibədə Zəfərimizi əks etdirən şəkillər vurmuşuq. Bu qəbildən növbəti tədbirlər planı hazırlanır.

Coğrafiya fənnindən açıq dərsMəktəbdə coğrafiya fənnindən “Çaylar” mövzusunda açıq dərs keçirildi. Məktəbin coğrafiya müəllimi Ələkbərzadə Mənsumə tərəfindən keçirilən dərsdə şagirdlər çaylar haqqında məlumatlandırıldı. Müxtəlif çaylar haqqında şagirdlərin daha yaxşı məlumatlanması üçün dərsdə əyani vəsaitlərdən istifadə olundu. Şagirdlər onlara verilən sualları qruplar şəklində cavablandırıb və test tapşırıqlarını həll ediblər. Qarşılıqlı sual-cavab şəklində keçən dərsin sonunda şagirdlər qiymətləndirilib.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Turan Cəfərov Vaqif

Umayra Həşimova Vüqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi