IX siniflərdə keçirilmiş II monitorinqin nəticələri müzakirə olunduBu gün məktəbdə lX sinifdə tədris dili,riyaziyyat və ingilis dili fənlərini tədris edən müəllimlərin, IX sinfin rəhbərlərinin, MBS-lərinin, təlim-tərbiyə işləri üzrə direktor müavininin və məktəbin direktoru Natəvan xanım Əsədovanın iştirakı ilə iclas keçirildi. İclasda IX siniflərdə keçirilmiş II monitorinqin nəticələri müzakirə olundu və müqayisəli hesabat dinlənildi.Müəllimlərə yeni istiqamətlər və müvafiq tövsiyyələr verildi.
5 mart ‘’Bədən Tərbiyəsi və İdman Günü’’5 mart ‘’Bədən Tərbiyəsi və İdman Günü’’ nə həsr olunmuş tədbirlərdə məktəbimizin şagirdləri iştirak etmişdir.
Xocalı faciəsinin 30 - cu ildönümünə həsr olunmuş "Xocalını unutmuruq " adlı tədbir.Bu gün Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə "Xocalı faciəsinin 30 - cu ildönümü"nə həsr olunmuş "Xocalını unutmuruq" adlı tədbir keçirildi.Tədbirdə şagirdlərimiz Xocalı faciəsində baş verən hadisələri kiçik səhnəciklərlə canlandırdılar. Xocalıda həlak olmuş dinc sakinlərin xatirəsi bir daha ehtiram və hörmətlə xatırlanmış , ruhları anılmışdır.