“Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin təqdimat mərasimi

  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 01/12/2023- cü il tarixindən başlayaraq Sabunçu rayonu, Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən icra olunan “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin təqdimat mərasimi keçirildi. Layihə rəhbəri Namiq Nəcəfov çıxış edərək layihə haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, layihə 3 mərhələdən ibarət olacaq: 

    1.Təqdimat

    2.Esse müsabiqəsi

    3.Əl işlərindən ibarət sərgi

Məktəbin şagirdləri Əliyev İskəndər (7a), Əliyeva Mələkxanım(9a), Qəribova Ceyhunə(8ç), Vəliyeva Töhfə(7ç) tərəfindən Ümummilli lider Heydər Əliyeva həsr olunmuş şeirlər səsləndirildi, videoçarx nümayiş olundu. Məktəbin direktoru Nəriman Məmmədzadə və təlim tərbiyə işləri üzrə direktor müavininin səlahiyyətlərini müvəqqəti icra edən Şərqiyyə Rzayeva çıxış edərək layihə haqqında öz fikirlərini söylədilər. Layihədə həmçinin məktəbin sinifdənxaric,məktəbdənkənar işləri üzrə təşkilatçısı İlahə Quliyeva, təsərrüfat işləri üzrə direktor müavini Günel Əliyeva, psixoloqlar Tükəzban Bayramova, Aytac İsmayılzadə, UBTR Aygün Pənahova və fənn müəllimləri də iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi