1 dəqiqəlik sükut
25 dekabr AZAL-ın Bakı-Qroznı reysi ilə uçmalı olan sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanlara görə Azərbaycanda dekabrın 26-da matəm günü elan edilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Bu gün Bakı şəhər məktəblərində 12:00-da həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Həlak olanların ailələrinə səbr, yaralı olanlara isə şəfa diləyirik. Allah rəhmət eləsin.