Mən sahibkaram

    Bu gün məktəbimizdə "Mən sahibkaram" layihəsi çərçivəsində şagirdlərimizin əl işlərindən ibarət "satış sərgisi" keçirildi. Sərgini VIII sinif şagirdləri və STEAM müəllimləri təşkil etmişdi. Sərgi zamanı şagirdlər öz yaradıcı bacarıqlarını nümayiş etdirərək müxtəlif məhsulları sərgiyə çıxardılar. Sərgi həm yaradıcılığa təşviq etmək, peşə bacarıqlarını önə çıxarmaq, kiçik yaşlardan əməyə alışdırmaq, həm də sahibkarlıq bacarıqlarını inkişaf etdirmək məqsədini daşıyırdı. Sərgi məktəb kollektivi, müəllimlər və rəhbərlik tərəfindən böyük marağa səbəb oldu və şagirdlər öz əl əməyi olan məhsullarını böyük həvəslə təqdim edib, satışa çıxardılar. Müəllim kollektivi və rəhbərlik, eləcə də, şagirdlər  "kiçik sahibkar" lara dəstək olmağa çalışdı. Məktəblərdə keçirilən bu cür layihələr şagirdlərin bacarıqlarını inkişaf etdirməkdə, eləcə də, onları müasir dövrün tələblərinə uyğun olaraq əmək bazarına hazırlamaqda mühüm rol oynayır! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi