"Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsində uğurumuz

   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti,Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyəninn formalaşmasına, milli- mənəvi sərvətimizdən olan nağıllarımızın yaşadılmasına xidmət məqsədi ilə keçirilən “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsində məktəbimizin istedadlı şagirdləri- D.Əli (5b), Q.Mədinə (7b), A.Leyla (8ç), X.Xədicə (8c), H.Fatimə (8b), H.Leyla (9b), B.Bilal (9c), D.Səbinə (10b), H.Selcan (10b), D.Günel (11a) mövzu ilə bağlı maraqlı kompozisiyalar yaradaraq iştirak etmiş və sertifikatla təltif edilmişlər. Şagirdlərin fəal iştirakına görə məktəbimizə Təşəkkürnamə təqdim edilib. Şagirdlərimizi təbrik edir, yaradıcılıq uğurlarının davamlı olmasını arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi