“Heydər Əliyev və mənim gözəl paytaxtım" layihəsinin icrasına start verilib

  Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunmuş 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, Sabunçu rayon məktəblərində “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrasına start verilib.

“Oriqami” Uşaq Və Yeniyetmələr İctimai Birliyindən QHT.az-a bildirilib ki, layihə Ulu Ondər, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın yaradılmasında, Ordunun, iqtisadiyyatın, təhsilin, idmanın inkişafında , gənclər siyasətinin formalaşmasında, Respublikamızın paytaxtı - Bakı şəhərinin böyüməsi, abadlaşması, inkişafı istiqamətində böyük, çoxşaxəli fəaliyyəti və görkəmlı xidmətlərinin tematik çıxışlarda, rəsmlərdə, əl işlərində təcəssüm etdirilməsinə həsr olunur.

Layihə rəhbəri Namiq Nəcəfov qeyd edib ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrasında iştiraka həmçinin bizim məktəbin kontingenti sırasından qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlərin dəvət olunması nəzərdə tutulur.

Şagirdlərin layihədə iştirakı könüllülük prinsipi əsasında, məktəbin müdiriyyəti və onların valideynləri ilə razılaşdırılaraq, asudə vaxtlı məzmunlu təşkili, qabiliyyət və bacarıqların inkişafı olaraq, innovative məşğulluq kimi həyata keçiriləcəyi gözlənilir. Artıq layihənin İcra Planına uyğun olaraq planlaşdırılmış tədbirlər həyata keçirilir. Layihənin icrası barədə media qurumlarında ictimaiyyətin məlumatlandırılması məqsədi ilə Press - Reliz yayımlanıb.

04.12.2023-cü il tarixində “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrası barəsində Maştağa, Nardaran, Bilgəh qəsəbə Bələdiyyələrinə elektron məktublar göndərilib. 06.11.12 dekabr tarixlərində Layihə rəhbəri N.Nəcəfov məktəbin direktor, təşkilatçı, UBR rəhbərləri ilə görüşlər keçirtmiş, layihə çərçivəsində hazırlanmış A -3 Posterlər məktəblərin İctimai Lövhələrinə vurulmuş, məktəblərin pedaqoji heyətinin və bir Qrup fəal şagirdlərinin iştirakı ilə təşkilatı prosesi əks etdirən fotolar çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi