Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir

  Bu gün Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi. Tədbir məktəbin Uşaq Birliyi rəhbəri Aygün Pənahova, Azərbaycan dili və ədəbiyyat müəllimi Natavan Əliyeva və musiqi müəllimi Afət Orucovanın təşkilatçılığı ilə hazırlandı. Tədbirdə ilk öncə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, həmçinin Ulu Öndərin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olundu. Tədbirdə məktəb şagirdləri ədəbi bədii kompozisiya ilə çıxış etdilər. Afət Orucovanın rəhbərliyi ilə məktəbin xor kollektivi "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək" mahnısını ifa etdilər. Məktəbin direktoru Nəriman Məmmədzadə, məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçısı İlahə Quliyeva, təsərrüfat işləri üzrə direktor müavini Günel Əliyeva, məktəbin psixoloqu Tükəzban Bayramova, məktəbin kitabxanaçısı Ofella Ələkbərova, fransız dili müəllimi Nərgiz Məmmədzadə, informatika müəllimi Günay Ələkbərova, riyaziyyat müəllimi Aygün Nağızadə tədbiri izləyərək ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi