"Spektr və rəng dairəsi" mövzusunda interaktiv dərs keçirildi

   Təsviri incəsənət fənnindən VI a b c ç d siniflərində "Spektr və rəng dairəsi" mövzusunda fəal interaktiv dərs keçirildi. Fənn müəllimi Pənahova Aybəniz dərsin gedişində müxtəlif slayd nümunələri nümayiş etdirərək şagirdlərdə idrak fəallığı yaratdı. Tədris prosesində beyin həmləsi, klaster üsullarından istifadə edildi. Tədqiqat mərhələsində şagirdlər rənglərin xarakterinə görə növlərini, qarışıq rənglərin alınma üsullarını, xromatik və avtomatik çalarları fərqləndirdilər. Göy qurşağının necə yaranması, 7 zolaqlı rəng ardıcıllığını video nümunəsində dinlədilər. Yaradıcı tapşırıq zamanı verilmiş mənzərə rəsmini təsvir etdikdən sonra yeni mövzuya aid hazırlanan krossvord həll etdilər. İnteraktiv dərsdə fəallıq nümayiş etdirən şagirdlər qiymətləndirildi. Fəal dərs nümunəsi şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi