8 Dekabr Beynəlxalq Rəssamlar Günündə maraqlı layihə keçirildi
8 Dekabr Beynəlxalq Rəssamlar Günü münasibətilə məktəbimizdə maraqlı layihə keçirildi. Layihə rəhbəri təsviri incəsənət müəllimi Pənahova Aybəniz qeyri-ixtisas fənn müəllimləri arasında rəsm müsabiqəsi keçirdi. Belə ki, qeyri -ixtisas fənn müəllimləri sərbəst mövzu və texnikada yaradıcı qabiliyyətlərini yoxlayaraq rəsmlər təsvir etdilər. Müəllimlərin rəsm işləri anonim olaraq sərgiləndi və şagird kollektivi tərəfindən səsvermə təşkil edildi. Günün sonunda səsvermənin nəticələri sayılaraq 3 nəfər qalib elan edildi. 3-cü yerə psixoloq İsmayılzadə Aytac, 2-ci yerə ibtidai sinif müəllimi Aslanova Aynur, 1-ci yerə isə musiqi müəllimi Orucova Afət çıxdı.
Layihə rəhbəri P. Aybəniz müsabiqədə iştirak edən bütün müəllimlərə maraqlı rəsmlərinə görə təbrik edərək təşəkkür etdi. Müsabiqənin qaliblərinə isə fərqlənmə diplomu və mükafatlar təqdim etdi. Layihə innovativliyi ilə kollektivin və rəhbərliyin böyük marağına səbəb oldu.