"Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda məşğələ
Biologiya müəllimi İlahə Məmmədova 8 ç sinfində - "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda məşğələ keçdi. Şagirdlər "Stomatoloqlar", "Dermatoloqlar", "Diyetoloqlar" və "Terapevtlər" qrupuna ayrıldılar.Hər bir qrup üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Nəticədə şagirdlər 4 nöqteyi-nəzərdən hazırlanmış gigiyenik qaydalar toplusu əldə edib, müəllimə təqdim etdilər. Metodun özəlliyi ondadır ki, eyni materialı şagirdlər müxtəlif nöqteyi-nəzərdən təhlil etməyi və zəruri informasiya tapıb emal etməyi öyrənirlər. Bu fəal metod öyrənilən mövzunu daha yaxşı qorumağa xidmət edir.