Nailiyyətlərimiz

Şagirdimizin nailiyyətiŞagirdimizin nailiyyəti Məktəbin VIII "d" sinif şagirdi Bayramova Esmira Cüdo idman növü üzrə U-18 yeniyetmələr arasında Bakı şəhəri birinciliyində III yerə layiq görüldüyünə görə Diplom və medalla təltif olunub. Qeyd edək ki, Esmiranın məşqçisi məktəbin fiziki tərbiyə müəllimi Teyyub Məmmədxanlıdır. Bu münasibətlə həm müəllimimizi, həm də şagirdimizi təbrik edir, uğurlar arzulayırıq!

Şagirdimizin uğuruMəktəbin X "b" sinif şagirdi Ağayev Cavidan Elm və Təhsil və Fövqəladə Hallar Nazirlikləri tərəfindən keçirilən "Fövqəladə hallar uşaqların gözü ilə" XII respublika uşaq yaradıcılıq müsabiqəsində "əl işi" nominasiyası üzrə II yer tutduğuna görə hər iki nazirlik tərəfindən Fəxri Fərman və dəyərli hədiyyələrlə təltif olunub. Bu münasibətlə Cavidanı təbrik edir, ona uğurlar arzulayırıq!

NÖVBƏTİ UĞURUMUZ!Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında aprel-may aylarında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi referat yazı müsabiqəsinin Bakı şəhəri üzrə qaliblərindən biri məktəbimizin X "c" sinif şagirdi Quliyeva Fidan Bakı Şəhəri İcra Hakimiyyəti başçısının əmrinə əsasən xüsusi Sertifikatla təltif olunmuşdur. Referatın hazırlanmasında elmi məsələlər üzrə əziyyəti keçən məktəbin tərbiyə işləri üzrə direktor müavini, dil-ədəbiyyat müəllimi Səbirə Həsənovaya, eləcə də şagirdimizə bolluca uğur, nailiyyətlər arzu edirik!

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən 10 nömrəli tam orta məktəb 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin ümumi sahəsi 5745.00 kv.m-dir. 43 sinif ot...

BİZİM FƏXRLƏRİMİZ

Əşrəf Cəfərli Amil

Şirin İmanov Vaqif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi