Kiçik Akademiya

"Kiçik Akademiya" çərçivəsində təqdimat keçirilib.23 fevral 2024-cü il tarixdə məktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin müxtəlif fənlər üzrə təqdimatlarının nümayişi baş tutub. Kimya, fizika, riyaziyyat, təbiət, coğrafiya, biologiya, tarix fənləri üzrə pedaqoji heyətdən və məktəb rəhbərliyindən ibarət münsiflər şagird təqdimatlarını dinləyərək, rəylərini dəyirmi masa arxasında müzakirə ediblər.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN TƏQDİMATLARI KEÇİRİLİB.14 aprel 2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə bağlı məktəbimizdə yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması məqsədilə KA-nın tərkibindəki bölmələr üzrə humanitar, təbiət, fizika, texniki, sosial-iqtisadi istiqamətlər üzrə təqdimatların keçirilməsi baş tutub. Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri və şagirdlər iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan toplantıda məktəbin "Kiçik Akademiya"sının prezidenti biologiya müəllimi Nərgiz Şıxəliyeva çıxış edərək bildirib ki, "Kiçik Akademiya" təqdimatlarının təşkilində əsas məqsəd istedadlı şagirdlərimizlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən ibarətdir. Daha sonra çıxış edən məktəbin direktoru Şəfayət Orucova şagirdlərin inkişafında, elmi-tədqiqat işinin aparılması yollarını öyrənməkdə "Kiçik Akademiya"nın əhəmiyyətli rolundan danışıb. O, şagirdlərə müəyyən tövsiyələr verib, onlara uğurlar arzulayıb. Sonra "Kiçik Akademiya" üzvləri kafedralar üzrə bölünərək əvvəlcədən müəyyən olunmuş kabinetlərdə mövzular üzrə araşdırmalarını təqdim ediblər. Direktor müavinləri və fənn müəllimləri təqdimatları təhlil etdikdən sonra şagirdlər I, II, III yer və fərqlənmə diplomları ilə təltif olunublar. Direktor müavini Səbirə Həsənova çıxış edərək, qalibləri təbrik edib, bu araşdırmaların onların gələcək tədqiqatçılıq bacarıqlarının inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən 10 nömrəli tam orta məktəb 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin ümumi sahəsi 5745.00 kv.m-dir. 43 sinif ot...

BİZİM FƏXRLƏRİMİZ

Şirin İmanov Vaqif

Əşrəf Cəfərli Amil

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən 10 nömrəli tam orta məktəb 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin ümumi sahəsi 5745.00 kv.m-dir. 43 sinif ot...

BİZİM FƏXRLƏRİMİZ

Şirin İmanov Vaqif

Əşrəf Cəfərli Amil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi