Nailiyyətlərimiz

Çempion şagirdimizi təbrik edirik!Çempion şagirdimizi təbrik edirik!      İtaliyanın Peruca şəhərində keçirilən Kunq-fu üzrə Dünya çempionatında "Light sanda" döyüş növündə oğlanlar arasında (11-12 yaş, 36 kq) məktəbimizin IV "a" sinif şagirdi Əsgərov Rəsul dünya çempionu olub.      Bu münasibətlə şagirdimizi ürəkdən təbrik edir, ona bundan sonra da nailiyyətlər arzulayırıq!

Şagirdlərimiz təltif olunublar. Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Zəfər salnaməsi və suverenlik fenomeni” mövzusunda rəsm və inşa müsabiqələri keçirib.      Rəsm müsabiqəsində məktəbimizin X "a" sinif şagirdi Babayev Nemət III yerə layiq görülərək Diplom, medal və hədiyyə ilə təltif olunub.      İnşa müsabiqəsində isə X "a" sinif şagirdi Quliyeva Aysu fəal iştirakına görə Diplomla təltif olunub.Hər iki şagirdimizi təbrik edir, uğurlar arzulayırıq!

Şagirdimiz birincilik qazanıb.       Məktəbin V "d" sinif şagirdi Ağayarlı Sərraf "Hünər" İ.K. açıq birinciliyində cüdo idman növü üzrə I yeri qazandığına görə Diplom və medalla təltif olunub. Qeyd edək ki, Sərrafın məşqçisi məktəbimizin fiziki tərbiyə müəllimi Teyyub Məmmədxanlıdır.Həm şagirdimizə, həm də müəllimimizə uğurlar arzulayırıq!

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən 10 nömrəli tam orta məktəb 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin ümumi sahəsi 5745.00 kv.m-dir. 43 sinif ot...

BİZİM FƏXRLƏRİMİZ

Üzeyir Babayev Namiq

Əşrəf Cəfərli Amil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi