Nailiyyətlərimiz

Şagirdimiz təltif olunub.Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş KUNGFU üzrə keçirilmiş açıq turnirdə I yer qazandığına görə məktəbin IX d sinif şagirdi Şirinov Yusif Diplomla təltif olunub. Bu münasibətlə şagirdimizi ürəkdən təbrik edir, ona bol-bol nailiyyətlər arzulayırıq!

Şagirdimiz təltif olunub.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında 10-13 yaş qrupunda "Milli rəqs ansamblı" nominasiyası üzrə "Azəri inciləri" kollektivi tərkibində II yerə layiq görüldüyünə görə məktəbin IV "ç" sinif şagirdi Hidayətova Gülnurə Diplom və doş nişanı ilə təltif olunub. Bu münasibətlə məktəbin direktoru Şəfayət Orucova şagirdimizi təbrik edib, bol nailiyyətlər arzulayıb.

Şagirdlərimiz təltif olunublar.20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının "20 Yanvar - Qəhrəmanlıq salnaməsi" mövzusunda keçirdiyi inşa müsabiqəsində məktəbimizin X "c" sinif şagirdi Quliyeva Fidan III yerə layiq görülüb. VII "a" sinif şagirdi Mehbalı Nəsibə isə rəsm müsabiqəsində fəal iştirakına görə sertifikat qazanıb. Hər iki şagirdimizi təbrik edir, onlara uğurlar arzulayırıq!

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən 10 nömrəli tam orta məktəb 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin ümumi sahəsi 5745.00 kv.m-dir. 43 sinif ot...

BİZİM FƏXRLƏRİMİZ

Ləman Quliyeva Ramiz

Üzeyir Babayev Namiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi