Şagirdimizin nailiyyətiŞagirdimizin nailiyyəti
Məktəbin VIII "d" sinif şagirdi Bayramova Esmira Cüdo idman növü üzrə U-18 yeniyetmələr arasında Bakı şəhəri birinciliyində III yerə layiq görüldüyünə görə Diplom və medalla təltif olunub.
Qeyd edək ki, Esmiranın məşqçisi məktəbin fiziki tərbiyə müəllimi Teyyub Məmmədxanlıdır.
Bu münasibətlə həm müəllimimizi, həm də şagirdimizi təbrik edir, uğurlar arzulayırıq!
Şagirdimiz birincilik qazanıb.Məktəbimizin VII "e" sinif şagirdi Ağalarova Cəmilə Azərbaycan Karate Federasiyasının təşkil etdiyi 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş 10-cu "Arpaçay Open" karate turnirində 1-ci yeri tutduğuna görə Diplom və medalla təltif olunub.
Şagirdimizi bu uğuru münasibətilə təbrik edir, uğurlar arzulayırıq!
Şagirdimiz nailiyyət qazanıb.Məktəbin VII "c" sinif şagirdi Babazadə Ruhin Karate idman növü üzrə uşaqlar arasında keçirilən ölkə birinciliyində III yeri tutduğuna görə Diplom və medalla təltif olunub.
Şagirdimizi bu uğuru münasibətilə təbrik edir, ona bol-bol nailiyyətlər arzu edirik!