Şagirdimiz nailiyyət qazanıb. Şagirdimiz nailiyyət qazanıb.
Fevralın 25-də Nizami rayonu 251 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Nizami rayon məktəbliləri arasında badminton üzrə rayon turniri keçirilib.
Turnirə rayonun 11 təhsil müəssisəsini təmsil edən 22 şagird qatılıb. Turnir oğlanlar və qızlar arasında ayrı-ayrılıqda şəxsi növdə olimpiya sistemi üzrə təşkil olunub. Turnirin yekununda qalib və mükafatçılar müəyyən olunub. Məktəbimizin VII "d" sinif şagirdi Məmmədli Nuray II yerin qalibi olub.
Turnir başa çatdıqdan sonra qalib və mükafatçılara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim edilib.
Şagirdimiz birincilik qazanıb.Şagirdimiz birincilik qazanıb.
Məktəbin X "a" sinif şagirdi Abbaslı Elgün boks üzrə Bakı birinciliyində I yer qazandığına görə Diplom, Sertifikat və medalla təltif olunub.
Bu münasibətlə şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!
Şagirdimiz nailiyyət qazanıb.Şagirdimiz nailiyyət qazanıb.
Məktəbin VII "e" sinif şagirdi Ağalarova Cəmilə Karate idman növü üzrə uşaqlar arasında keçirilən ölkə birinciliyində II yeri qazandığına Diplom və medalla təltif olunub.
Bundan sonra da Cəmiləyə uğurlar arzulayırıq, onun daha böyük qələbələr qazanacağına inanırıq!