Şagirdlərimiz təltif olunublar. Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Zəfər salnaməsi və suverenlik fenomeni” mövzusunda rəsm və inşa müsabiqələri keçirib.
Rəsm müsabiqəsində məktəbimizin X "a" sinif şagirdi Babayev Nemət III yerə layiq görülərək Diplom, medal və hədiyyə ilə təltif olunub.
İnşa müsabiqəsində isə X "a" sinif şagirdi Quliyeva Aysu fəal iştirakına görə Diplomla təltif olunub.Hər iki şagirdimizi təbrik edir, uğurlar arzulayırıq!
Şagirdimiz birincilik qazanıb. Məktəbin V "d" sinif şagirdi Ağayarlı Sərraf "Hünər" İ.K. açıq birinciliyində cüdo idman növü üzrə I yeri qazandığına görə Diplom və medalla təltif olunub. Qeyd edək ki, Sərrafın məşqçisi məktəbimizin fiziki tərbiyə müəllimi Teyyub Məmmədxanlıdır.Həm şagirdimizə, həm də müəllimimizə uğurlar arzulayırıq!
Şagirdimiz nailiyyət qazanıb. Şagirdimiz nailiyyət qazanıb.
Fevralın 25-də Nizami rayonu 251 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Nizami rayon məktəbliləri arasında badminton üzrə rayon turniri keçirilib.
Turnirə rayonun 11 təhsil müəssisəsini təmsil edən 22 şagird qatılıb. Turnir oğlanlar və qızlar arasında ayrı-ayrılıqda şəxsi növdə olimpiya sistemi üzrə təşkil olunub. Turnirin yekununda qalib və mükafatçılar müəyyən olunub. Məktəbimizin VII "d" sinif şagirdi Məmmədli Nuray II yerin qalibi olub.
Turnir başa çatdıqdan sonra qalib və mükafatçılara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim edilib.