M.Füzulinin anadan olmasının 530 -cu il dönümü ilə bağlı sinifdaxili tədbir

Bu gün Texniki Humanitar liseyin 9”C” sinfində həmin liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Arifənin rəhbərliyi ile “M.Füzulinin anadan olmasının 530 -cu il  dönümü ilə bağlı sinifdaxili tədbir keçirildi . Tədbirdə şagirdlər həm qrup , həm də fərdi şəkildə çıxışlar nümayiş etdirdilər. Həmçinin şagirdlərin hazırladıqları təqdimatlar sərgiləndi, Füzuli lirikasından qəzəllər səsləndi. Sinif şagirdlərindən Hacızadə Zeynəb, Cabbarlı Nigarın iştirakı ilə səhnələşdirilmiş “Leyli və Məcnun “ əsərindən Leyli və anasının dialoqu nümayiş etdirildi .Və sonda şagirdlərdən Məmmədov Mirnurlanın  “M. Füzulinin həyat və yaradıcılığı” na  dair hazırladığı videorolokə  tamaşa edildi. Bir sözlə, bu tədbir şagirdlər tərəfindən M.Füzulu yaradıcılığının mənimsəməsində böyük bir əhəmiyyət kəsb etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi