HAQQIMIZDA

 

Texniki-Humanitar lisey 2000-ci ildən  fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  sərəncamına əsasən lisey 2015-ci ildə əsaslı şəkildə təmir olunmuşdur.

Altı günlük iş rejimi ilə fəaliyyət göstərən liseydə tədris Azərbaycan və rus  dillərində olmaqla iki növbəli şəkildə həyata keçirilir. Liseyə qəbul beşinci sinifədən test imtahan yolu ilə aparılır.

Hazırda liseydə 47 sinifdə 1147 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 88 nəfər müəllim məşğul olur. Pedaqoji kollektiv peşəkar, müasir təhsilin nəbzini tutan müəllimlərdən ibarətdir ki, onlardan dərslik, test kitabları və metodiki vəsait müəllifləri vardır. Metodbirləşmə rəhbərləri müəllimlərin gündəlik fəaliyyətlərinin izlənməsinə nəzarət edir, onların müxtəlif mövzuda metodiki yaradıcılıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müntəzəm işlər aparır.

Texniki-Humanitar lisey kollektivi peşəkar təcrübəyə əsaslanır. Tədris prosesi, maraqlı sosial fəaliyyəti birbaşa şagirdlərin düzgün gələcəklərinin təmin edilməsinə istiqamətlənmişdir. Şagirdərinimiz yalnız fənn olimpiadalarında deyil eyni zamanda rəsm, musiqi, idman, rəqs kimi beynəlxalq və respublika yarışlarında da iştirak edir və uğurlu nəticələr əldə edirlər.

2008/2009 və 2013/2014-cü tədris illərində Texniki-Humanitar lisey iki dəfə “Ən yaxşı ümumtəhsil məktəb” müsabiqəsində iştirak edərək qalib gəlmişdir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən mükafatlandırılmışdır. Bakı Şəhər Təhsil İdarəsi tərəfindən təşkil olunmuş “Açıq qapı” tədbiri Bakı şəhərində ilk dəfə məhz Nəsimi rayonunda təhsil keyfiyyətinə görə birinciliyi qazanan Texniki-Humanitar liseydə keçirilmişdir.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi