Yaşıl dünya naminə həmrəylik ili

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bunun bağlı liseydə bir sıra tədbirlər keçirilmişdir.

15.04.2024-cü il tarixndə 7A sinfində “Ətraf mühitin mühafizəsi”mövzusunda məşğələ keçirildi.Tədbirin məqsədi şagirdlərdə ətraf mühitin qorunmasına,onun təmiz saxlanılmasına  ciddi münasibəti aşılamaqdır.Ətraf mühitə insanın təsiri “qlobal ekoloji problemlər”yaratmış dır.Bu problemlərin həllində hər bir vətəndaş işirak etməlidir.Şagirdlərdə onların qarşısında duran bu vəzifələri dərk etməli və təbiətin mühafizəsində iştirak etməlidirlər.

Liseyin Texnologiya müəllimi Hüseynova Tərifə 6A sinfində şagirdlərlə birlikdə dəyirmi masada iştirak ediblər.

Texniki-Humanitar liseyin 8c sinfinin azərbaycan-dili müəllimi M.Aygünün rəhbərliyi ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi mövzusunda dərs keçirildi.Mövzu ilə bağlı maraqlı faktlar və şeir nümunələri dinlənildi.Ətraf mühitin qorunması və təbiətə sevginin dünyanı xilas edəcəyi fikri dəstəkləndi.

Baki şəhəri Texniki-Humanitar Lisey’in XI sinif şagirdləri Lisey’in coğrafiya müəllimi c.f.d. Namazova Aytənin rəhbərliyi ilə “Təmiz ətraf mühit” mövzusunda Eko-düşərgə təşkil etmişlər. Eko-tur zamanı gənclər parkın ərazisində müşahidələr aparmış, marşrut boyu müxtəlif bitkilər və onların ekosistemdəki rolu barədə məlumatlanmışlar, eləcə də maraqlı mövzularda fikir mübadiləsi etmişlər. Müzakirələrin əsas istiqamətləri sırasında ümumilikdə, bu sahədə aparılan işlər, tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi