İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi

İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə  2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 
Texniki- Humanitar liseyin təsviri incəsənət müəllimi Bağıyeva Nubarın rəhbərliyi ilə 7a sinif şagirdləri dəyirmi masa ətrafında ətraf mühitin qorunmasını təbliğ edən müxtəlif texnikalarda rəsmlər hazırlamışlar. Onlar dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərini diqqətə çatdırmağa çalışmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi