Liseyimizdə "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı tədbir

Liseyimizdə "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilmişdir.Məqsəd şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.Texniki Humanitar liseyin kitabxabasında Məhəmməd Füzuli irsinin
 təbliği və əsəsrlərinin müzakirəsi istiqamətində “dəyirmi masa” təşkil olundu. Füzuli yaradıcılığını əks etdirən nəşrlərlə şagirdlər tanış oldular. Salamova Zəyibə  müəllimə VIIIa sinif şagirdlərinə Məhəmməd Füzuli irsinin zənginliyi və əhəmiyyəti haqqında məlumat verdi. Mütaliənin təşkili istiqamətində təşkil olunan “dəyirmi masa” iştirakçılar tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi