Kiçik Akademiya

38 nəfər şagird məntiq olimpiadasında26-27 apreldə Bakı şəhərində təşkil olunan VI Respublika fənn müsabiqəsinin I mərhələsi təşkil olunub. “Kiçik Akademiya”nın üzvləri liseyin VI və VII sinif şagirdlərinin də iştirak etdiyi müsabiqənin rayon(şəhər) mərhələsinin nəticələrinə əsasən 38 nəfər liseyli uğurlu nəticə göstərərək növbəti mərhələdə iştirak etmək şansı əldə ediblər. Şagirdlərimizi ürəkdən təbrik edir, növbəti mərhələdə uğurlar arzu edirik!

Ətraflı

Onuncu sinif şagirdinin məqaləsi çap olunubKiçik Akadmeiyanın üzvü liseyin 10 “E” sinif şagirdi Əzimzadə Nilufərin məqaləsi çap olunub. Biologiya fənninə olan marağı Nilufərin bu sahədə daha çox bilik əldə etməyə sövq edir. Bu sahədə araşdırmalar aparır, maraqlı faktları yoldaşları ilə bölüşür. “Siçanların payı”, “Ayaqüstə yatan canlılar”, Mavi rəngi kim görər?”, “Limon şirindir, ya çiyələk?” və s. yazıları uşaq dərgisində çap olunub. Qeyd edək ki, Ə. Nilufər liseyin istedadlı şagirdlərindəndir, incəsənət sahəsində də bir çox nailiyyətlər əldə edib. Həmçinin ötən il təşkil olunan inşa müsabiqəsinin laureatıdır.

Ətraflı

“Kiçik Akademiya” üzvü Uşaq festivalı birincisi olubLiseyin 10 “C” sinif şagirdi, “Kiçik Akademiya”nın üzvü Yusubov Rəcəbin 20 Yanvar hadisəsinə həsr olunan rəsm əsərini nümayiş olunub. Şagird bir qələm izi ilə 31 illik tarixi, siyasəti, hüququ, azadlığı, fəlsəfəni və ən əsası suverenliyi beyaz və qırmızı rənglərin ahəngində əks etdirib. Qeyd edək ki, Yusubov Rəcəb beynəlxalq müsabiqə laureatıdır. Son olaraq 2019-cu ildə Çexiya Respublikasının Praqa şəhərində təşkil olunan uşaq festivalının qalibidir.

Ətraflı

Akademiya üzü beynəlxalq müsabiqədə19-21 mayda Rusiya Federasiyasının Açıq Gənclər Universiteti və “LİNTEKS” –in təşkilatçılığı ilə online şəkildə “İT stars-21” ikinci beynəlxalq gənclər festivalı təşkil olunub. Festivalın keçirilməsində əsas məqsəd şagirdlərin dərsə marağını artırmaq, layihə düşüncəsinə formalaşdırmaqdır. Bununla da iştirakçılar yeni texnologiyalarla tanış olur və ünsiyyətlərin coğrafi sərhətlərini genişləndirmək imkanı əldə edirlər. Azərbaycanı həmin festivalda “Kiçik Akademiya”nın üzvü liseyin 7 “F” sinif şagirdi Ağayev Böyükağa təmsil edir.

Ətraflı

Liseydə “Kiçik Akademiya ”nın fəaliyyətiLiseydə fəaliyyət göstərən “Kiçik Akademiya ”nın prezidentlik vəzifəsini direktor müavini Qədirova Nərgiz icra edir. Fəaliyyətin genişləndirilməsi və gücləndirilməsi məqsədi ilə akademiyada müxtəlif istiqamətdə işlər həyata keçirilir. İki vitse prezindet- Muradzadə Gülşən və Verdiyeva Nərgiz akademiyanın işinin həm texniki, həm də humanitar istiqamətdə aparılması üçün debat və seminarlar təşkil edirlər. Akamdemiyada IX-XI sniflər olmaqla 10 nəfər üzvü vardır. Rayon məktəbləri, təhsil ocaqları, ali təhsil müəsissələri eləcə də müxtəlif orqanlarla əməkdaşlıq edir. Həmçinin “Kiçik Akademiya”nın regional nümayənləri ilə təşkil olunan elmi-metodik konfranslarda iştirak etmələrinə hər zaman dəstəkçi olur.

Ətraflı
HAQQIMIZDA

 

Texniki-Humanitar ...

BİZİM FƏXRLƏRİMİZ

Aslan Ələkbərov Ramil

Elmin Novruzov Emin

HAQQIMIZDA

 

Texniki-Humanitar ...

BİZİM FƏXRLƏRİMİZ

Aslan Ələkbərov Ramil

Elmin Novruzov Emin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi