Şəhidlər xiyabanında açıq dərs

Liseyin 5 “C” sinif şagirdlərinin ədəbiyyat dərslərinin bugünkü mövzusu “ 20 Yanvar - Milli qürur mənbəyimiz” olub. Hadisənin ildönümü ilə əlaqədar ədəbiyyat müəllimi Məmmədova Arifə Şəhidlər xiyabanıda açıq dərs keçirib.

Müəllim və şagirdlər ilk öncə azadlığımız uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad edib, “Şəhidlər abisəsi” nin önünə gül dəstələri düzüblər.

Açıq dərsdə müəllim Məmmədova Arifə 1990-cı ildə baş vermiş hadisələr barədə şagirdlərə məlumat verib, şagirdlər həmin dövrü bədii ədəbiyyatda işıqlandıran ədiblərin yaradıcılığından şeirlər səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi