Sinifdənxaric oxu

Liseyin 6 “B” sinif şagirdləri ilə birgə lisey kitabxanasında tədbir təşkil olunub. Kitabxana müdiri Ağacanova Rəhilə və kitabxanaçı Novruzova Ələviyyə və ədəbiyyat müəllimi Hacıyeva Şəhla tədbirə rəhbərlik edib.

Tədbir şagirdlərin mütaliə vərdişlərini formalaşdırmaq, bədii qiraət bacarıqlarını inkişaf etdirmək məqsədi ilə keçirilib.  İştirakçılar mütəfəkkir şair Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasına müraciət ediblər, həmçinin ədibin yaradıcılığındakı humanist və məhəbbətə dünyəvi düşüncələrini əks etdirən fikirlər səsləndiriblər.

Altıncılar “Kərpickəsən kişinin dastanı”, Sultan Səncər və qarı” və “Bülbül və qızılquş” hekayətlərini müzakirə edib, həmin mövzuya uyğun hazırladıqları təqdimatlarla çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi