ÜMUMİ ORTA VƏ TAM ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ FƏRQLƏNMƏ ATTESTATLARININ TƏQDİMATI

İ.Mirzəyev adına 98 №li tam orta məktəbin şagirdlərinə fərqlənmə attestatları təqdim olundu.Məzunlarımızdan XI A sinif şagirdləri Ə.Fidan,İ.Jalə,R.Nailə,S.Nərgiz,A.Tamerlan və eləcə də IX A sinif şagirdləri G.Gülnarə,R.Məryəm,IX B sinif şagirdi H.Nübar fərqlənən şagirdlərimizdən oldular. Məzunlara ümumi orta və tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatlarını sinif rəhbərlərinin iştirakı ilə məktəbin direktoru Y.Məhərrəmova təqdim etdi və məzunlara gələcək təhsillərində də uğurlar arzuladı.
Qeyd edək ki,bu məzunlarımız ümumi orta və tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olan, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında hər bir fənn üzrə əla nəticələr göstərmiş şagirdlərdir.