QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ

Xətai rayonunda Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının, Xətai Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Xətai rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış" adlı dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları öncə Ulu Öndərin Xətai rayonunda ucalan abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli məktəbin müəlim heyətidə iştirak edib.