HAQQIMIZDA

     Bakı şəhəri 98 saylı tam orta məktəb 1978- ci ildə tikilib müəllim və şagirdlərin istifadəsinə verılmişdir. Məktəbdə ayrı-ayrı fənlər üzrə 46 müəllim 536 şagirdin təlim -tərbiyəsi ilə məşğul olur. Fəaliyyət göstərən müəllimlərin 44-ü ali, 2-si isə orta ixtisas təhsillidir. Müəllimlərin 41 nəfəri qadın,5 nəfəri isə kişidir. Tədris kefiyyətinin daha da artırılması məqsədilə bütün müəllimlər kurikulum və İKT təlim kurslarından keçərək peşəkarlıq səviyyələrini artırmışdır. Məktəbdə fizika,kimya,biologiya kabinetləri fəaliyyət göstərir . Məktəbdə fəaliyyət göstərən geniş kitabxanası müəllim və şagirdlərin istifadəsindədir. Şagirdlər arasında sağlam mühit formalaşdırmaq məqsədilə məktəbdə psixoloq fəaliyyət göstərir.Məktəbimiz bir neçə nailiyyətə imza atmışdır. Məktəb 2013-2014-cü tədris ilində keçirilmiş " Ən yaxşı ümumitəhsil məktəbi" müsabiqəsinə qoşularaq müsabiqə qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə on min manat pul mükafatı ayrılmışdır . Ayrılmış vəsaitlə məktəbin dəhliz və sinif otaqlarına kamera quraşdirılmışdır. Həmin ildə məzunlarımızdan Müslümov Osman Məmmədhüseyn oğlu Ali məktəblərə qəbul imtahanlarının nəticəsinə görə 700 bal toplayaraq Prezident Təqaüdünə layiq görülmüşdür. 2014-2015-ci tədris ilində Müslümov Azər Məmmədhüseyin oğlu 695 bal toplayaraq Prezident Təqaüdçüləri siyahsına düşmüşdür . Hər ildə olduğu kimi ali məktəblərə qəbulun nəticələrinə görə 2018-2019- cu  dərs ili də uğurlu olmuşdur. Məzunlardan 2 nəfər 600-dən yuxarı ,6 nəfər isə 500 -dən yuxarı bal toplamışdır. Ötən tədris ilində ali məktəblərə qəbul üçün sənəd vermiş məzunların 87%-i ölkəmizin ayrı-ayrı ali təhsil müəssisələrinə daxil olmuşdur.Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2018-2019-cu tədris ili  üzrə IX sinif buraxılış imtahanı göstəricilərinin təhlilinə əsasən məktəbimiz BŞTİ məktəbləri arasında 43-cü,tam orta məktəblər arasında isə 28- ci yerdə qərarlaşmışdır.

2019-2020-ci tədris ilində ali məktəblərə sənəd verən məzunlarımızın 70%-i ali məktəblərə qəbul olmuşlar.2020-2021-ci tədris ilində məktəbimizdə 41 şagird məzun olub,3 nəfər şagird fərqlənmə attestatı almışdır.2021-ci il buraxılış imtahanlarında məzunlarımızdan 26 şagird Respublikanın ali məktəblərinə qəbul olunub.3 şagird isə xarici universitetlərə daxil olub.Məzunlarımızdan 3 nəfər şagird 600-dən çox bal toplayıb.Onlardan 1nəfəri Abdullayev Zahid Azər oğlu 671,5 bal toplamışdır.Bir nəfər şagird isə 500-dən yuxarı bal toplamışdır.Xarici universitetlərə qəbul olan məzunlarımızdan Rəsulzadə Rüfət Elnur oğlu 97.5/100 balla Türkiyə Respublikası "Süleyman Demirel Universitesi"nə qəbul olunmuşdur.

Məktəbimizin IX sinfində 54 şagird təhsil almışdır.Buraxılış imtahanlarının nəticələrinə görə 5 şagird ümumi orta təhsil haqqında fərqlənmə attestatı almışdır.

2021-2022 ci tədris ilində də işimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq .Bu tədris ilində də uğurlu nəticələr əldə edəcəyimizə əminik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi