SON ZƏNG

2025-ci il iyun ayının 14-də İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə ənənəvi “Son zəng” tədbiri keçirildi. Məktəb həyatının unudulmaz bir mərhələsi olan "Son zəng" bu gün XI sinif şagirdlərimiz üçün təntənəli şəkildə qeyd olundu. Tədbirdə məktəb direktoru və müəllimlər şagirdlərə öz ürək sözlərini, dəyərli tövsiyələrini və gələcək həyatında uğur arzu edən səmimi arzularını çatdırdılar.
Məzunlarımız keçdikləri illər ərzində qazandıqları bilik və bacarıqlarla həyat yollarına daha inamla addımlayacaqlar. Onların uğurlarında əməyi olan hər bir müəllimimizə təşəkkür edirik!